Yeni geosiyası reallıqlar fonunda strateji əhəmiyyətli məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun təşkilatçılığı ilə Bakıda "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda dəyirmi masa formatında keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməklə yanaşı, bütövlükdə regionun nəqliyyat xəritəsini dəyişəcək, iqtisadi və siyasi inteqrasiyaya böyük töhfə verəcək:
"Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizi təkcə Azərbaycanın milli maraqlarını təmin etmir, eyni zamanda beynəlxalq əməkdaşlıq, ticari əlaqələr və qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir".