• Bakı 21° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Kim Çen In: Şimali Koreya Cənubi Koreya ilə birləşməyəcək

DÜNYA

22 Sentyabr 2025 | 11:25

Kim Çen In: Şimali Koreya Cənubi Koreya ilə birləşməyəcək

"Ölkələr siyasi cəhətdən uyğunsuzlaşıb və yenidən birləşmədən söhbət gedə bilməz".

Bakıvaxtı.az Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən xəbər verir ki, bunu Şimali Koreyanın dövlət başçısı Kim Çen In deyib.

O, bildirib ki, Pxenyan Koreya Respublikası ilə birləşməyə çalışmayacaq. 

"Koreya Respublikasında administrasiya dəyişikliyi onun KXDR-də sistemin və dövlət hakimiyyətinin dağılmasına gətirib çıxarmaq istəyini dəyişmir. Koreya Respublikası hər sahədə amerikanlaşdırılıb, yarı iflic və asılı dövlətdir. Bu, tamamilə yad bir ölkədir. Su və od bir-birinə sığmadığı kimi, güclərə boyun əymək xain siyasəti də bir-birinə uyğun gəlmir. Birləşməyə qətiyyən ehtiyac yoxdu. Biz Koreya Respublikası ilə fərqli olduğumuzu və birləşə bilməyən iki fərqli dövləti təmsil etdiyimizi qanunda təsbit edəcəyik", - deyə Kİm Çen İn əlavə edib.

Gülşən Şərif 


SON XƏBƏRLƏR

21 Sentyabr 2025