• Bakı 15° C

    0.23 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Bu ölkədə fövqəladə vəziyyət elan edildi

DÜNYA

22 Oktyabr 2025 | 08:38

Bu ölkədə fövqəladə vəziyyət elan edildi

Peruda yerli vaxtla saat 12:00-dan etibarən Lima və liman şəhəri Kallaoda 30 günlük fövqəladə vəziyyət elan edilib.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadla məlumatına görə, bu barədə ölkənin müvəqqəti prezident Xose Jeri xalqa müraciətində bəyan edib.

Prezident son zamanlar zorakılığın artmasına diqqət çəkərək, qeyd edib ki, cinayət nisbəti qeyri-mütənasib şəkildə artıb, minlərlə ailəyə böyük əzab verib və ölkə iqtisadiyyatına ziyan vurub.

"Müharibələr sözlə deyil, hərəkətlə qazanılır. Bu gün tarixi dəyişməyə başlayırıq. Mütəşəkkil cinayətkarlıqla mübarizə ölkəmizdə sülh və əmin-amanlığı bərpa edəcək", - deyə X.Jeri vurğulayıb.

“El Peruano” qəzetində dərc olunan qərara əsasən, fövqəladə vəziyyət dövründə yaşayış yeri toxunulmazlığı, sərbəst toplaşmaq azadlığı və şəxsi təhlükəsizlik kimi bəzi fundamental hüquqlar dayandırılacaq.

Silahlı Qüvvələr Milli Polisə dəstək verəcək və avtobus dayanacaqlarında, metro stansiyalarında, ictimai qurumlarda və zorakılığa meyilli ərazilərdə patrul xidməti həyata keçirəcək.

Qeyd edək ki, son həftələr minlərlə insan ölkədə, xüsusən də Limada zorakılığın və mütəşəkkil cinayətin artmasına etiraz edib.

Ölümün Qeydiyyatı İnformasiya Sisteminin məlumatına görə, iyul-sentyabr ayları arasında Peruda 575 qətl hadisəsi baş verib.

Peruda prezident Dina Boluartenin impiçmentindən sonra oktyabrın 16-da hökumət əleyhinə keçirilən etiraz aksiyalarında 1 nəfər ölüb, 78-i polis əməkdaşı olmaqla 102 nəfər yaralanıb.

Murad Məmmədli


SON XƏBƏRLƏR

21 Oktyabr 2025