• Bakı 13° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

COP30-un keçirildiyi ərazidə yanğın baş verdi

DÜNYA

20 Noyabr 2025 | 23:15

COP30-un keçirildiyi ərazidə yanğın baş verdi

Braziliyanın Belem şəhərində COP30-un keçirildiyi ərazidə yanğın baş verib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, BMT-nin iqlim danışıqları - COP30 Braziliyanın Belem şəhərində yerləşən tədbir məkanında yanğın baş verməsi səbəbindən təxliyə olunur.

BMT-nin və təhlükəsizlik əməkdaşları Belem şəhərindəki COP30 məkanında baş verən yanğını söndürmək üçün dərhal yanğınsöndürən balonlarla hadisə yerinə qaçıblar. Duman dəhlizi bürüyüb və insanlar “yanğın!” deyə qışqırıblar.

Beynəlxalq iqlim hərəkatı təşkilatlarının da yer aldığı stendlər yanaraq kül olub.

COP30-un başa çatmasına bir gün qalmış baş verən hadisə isə təşkilatçılıq məsələlərinin zəif olduğunu bir daha nümayiş etdirir.

Xatırladaq ki, bundan əvvəl isə yağış suları iqlim zirvəsinin keçirildiyi əraziyə dolaraq iştirakçıların hərəkətinə maneə törətmişdi.


SON XƏBƏRLƏR

20 Noyabr 2025