ABŞ prezidenti Donald Tramp "Türkiyə" adı ilə zarafat edib.
Bakıvaxtı.az xəbər verir ki, İnvestisiya Forumunda çıxış edən Tramp guya "Turkey" sözü ilə "hinduşka" sözlərini səhv salıb.
"Hinduşkanın qiyməti 33% düşüb. Türkiyəni nəzərdə tutmuram, yoxsa Ərdoğan zəng vurub deyər ki, “Mənim qiymətim 33% enməyib”, - deyə Tramp "söz oyunu" nümayiş etdirib.
Qeyd edək ki, Türkiyə hələ bir neçə əvvəl tələb edib ki, rəsmi sənədlərdə adı “Türkiye” kimi göstərilsin.
Bakı 



