• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

7 azərbaycanlı tələbə Küveyt Universitetində təhsil alacaq

CƏMİYYƏT

22 Sentyabr 2025 | 10:14 | Müəllif: Əli Hüseynov

7 azərbaycanlı tələbə Küveyt Universitetində təhsil alacaq

2025/2026-cı tədris ilində Küveyt Dövlətinin ayırdığı təqaüd proqramı çərçivəsində 7 nəfər Azərbaycan Respublikası vətəndaşı Küveyt Universitetində təhsil almaq hüququ qazanıb.

Bu barədə Bakıvaxtı.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, yekun qərar nəticəsində seçilən tələbələr universitetin Dillər Mərkəzində birillik ərəb dili üzrə təkmilləşdirmə kursuna cəlb olunacaqlar.

Qeyd edək ki, təqaüd çərçivəsində tələbələrin təhsil, yaşayış və beynəlxalq nəqliyyat xərcləri tam şəkildə Küveyt Dövləti tərəfindən ödəniləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026