• Bakı 21° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Bakının hansı ərazilərində avtobus zolaqlarının çəkilməsinə ehtiyac olmadığı açıqlandı

CƏMİYYƏT

22 Sentyabr 2025 | 12:55

Bakının hansı ərazilərində avtobus zolaqlarının çəkilməsinə ehtiyac olmadığı açıqlandı

Bakı şəhərində sıxlıq olmayan ərazilərdə avtobus zolaqlarının çəkilməsinin mənası yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə deyib.

"Avtobus zolaqlarının çəkilməsində elə əsas məqsəd avtobusun tıxacda qalmamasıdır. Bakı ətrafı qəsəbələrdə biz bu gün bir o qədər də sıxlıq görmürük . Məsələn götürək Novxanını. Orada avtobus zolağının çəkilməsinə sıxlığın olmaması səbəbi ilə ehtiyac yoxdur",- deyə o qeyd edib.


SON XƏBƏRLƏR