• Bakı 21° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Bayram tətilləri qısalır? - Yenidən baxıla bilər

CƏMİYYƏT

22 Sentyabr 2025 | 10:28

Bayram tətilləri qısalır? - Yenidən baxıla bilər

"Azərbaycanda qeyri-iş günlərinin sayı kifayət qədər çoxdur".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bayramların hər birinin mənəvi əhəmiyyəti var və hamsını qeyri-iş günü hesab etmək həmin bayramın böyüklüyünü-kiçikliyi göstərmir.

Deputata görə, bəzi bayramların qeyri-iş günü olması məsələsinə yenidən baxıla bilər:

“Biz bunları azaltmalıyıq. Çünki bizim indiki şərtlərdə hədsiz qeyri-iş günü məsələsinin çoxluğu müəyyən problemlər yaradır. Novruz bayramında, Qurban bayramında, digər dini və milli bayramlarda bu problemlər ortaya çıxa bilir”.

Fazil Mustafa: Bəzi bayramların qeyri-iş günü olması məsələsinə yenidən baxıla bilər

F.Mustafa qeyd edib ki, bu məsələlərdə rasional fəaliyyəti məhdudlaşdıran addımlardan uzaqlaşmaq lazımdır.

“Bəzi bayramlarda qeyri-iş günlərinin müddətlərinə ən azı qısaldılması aspektindən baxmalıyıq. Çünki bu zaman özəl sektora böyük zərbə dəyir. Xüsusilə də müəyyən fasilələr çox olduqda bu, iqtisadi əməliyyatlarda öz mənfi təsirini göstərir”, - deyə Fazil Mustafa vurğulayıb.

 Mina Mikayılova


SON XƏBƏRLƏR

21 Sentyabr 2025