• Bakı 19° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Metyu Brayza: Azərbaycan-Ermənistan sülh sazişi imzalandıqdan sonra regiona investisiyalar artacaq

İQTİSADİYYAT

22 Sentyabr 2025 | 13:35

Metyu Brayza: Azərbaycan-Ermənistan sülh sazişi imzalandıqdan sonra regiona investisiyalar artacaq

 Azərbaycan-Ermənistan sülh sazişi imzalandıqdan sonra regiona investisiyalar artacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı sabiq səfiri Metyu Brayza (2010-2012) Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan öz qarşılıqlı əlaqələrini inkişaf etdirərək öz müstəqilliyini və təhlükəsizliyini daha da gücləndirir:

"Azərbaycan 27 il ərzində çox dəyişib. Mən o dövrlər hava limanından keçəndə ancaq yol, yanacaqdoldurma məntəqəsi görmüşdüm. Bu dəfə gələndə isə hər şey tamamilə dəyişib. Azərbaycanda 1994-cü ildən qəbul edilən qərarlara diqqət yetirin. Azərbaycan xarici investorları ölkəyə cəlb etdi".

M.Brayza əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra regiona investisiyalar artacaq:

"Zəngəzur dəhlizi də bölgə üçün əhəmiyyət daşıyır. Çünki böyük potensialı var".


SON XƏBƏRLƏR