• Bakı 21° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Bakıda daha bir beynəlxalq konfrans keçirilir - YENİLƏNİB

SİYASƏT

22 Sentyabr 2025 | 12:18

Bakıda daha bir beynəlxalq konfrans keçirilir - YENİLƏNİB

Bakıda Baş Prokurorluğun təşkilatçılığı ilə "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda dəyirmi masa formatında beynəlxalq konfrans keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir "Konstitusiya və Suverenlik İli" çərçivəsində, həmçinin Azərbaycan Prokurorluğunun peşə bayramı və 107 illik yubileyi ərəfəsində baş tutub.

Tədbirdə Uqanda, Laos, Tanzaniya, Keniya Baş prokurorları və Türkiyə Baş Prokurorluğunun nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Baş Prokuror Kamran Əliyev Prezident İlham Əliyevin müraciətini beynəlxalq konfransın iştirakçılarına oxuyub.

Dövlət başçısı müraciətində bildirib ki, Milli prokurorluq orqanları cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən dövlətin konstitusiya quruluşunun əsaslarına qəsd edən cinayətlərə qarşı mübarizənin ön sırasında dayanırlar. Bununla da onlar təkcə qanunçuluğun təmin edilməsi vəzifəsini yerinə yetirmir, eyni zamanda, konstitusion nizamın və suverenliyin qorunmasına xidmət edirlər. Bu baxımdan prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar.

Prezident İlham Əliyev qeyd edib ki, dost ölkələrin milli prokurorluq xidmətlərinin rəhbər şəxslərinin də daxil olduğu nümayəndə heyətlərinin bu tədbirə qatılması dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsinə verdikləri önəmin təzahürüdür.

Daha sonra Baş Prokuror Kamran Əliyev çıxış edib.

O bildirib ki, Azərbaycan torpaqları işğal altında olduğu dövrdə də daim məsələnin sülh yolu ilə həll olunması üçün səylər göstərib:

"Lakin BMT-in Azərbaycan torpaqlarının işğalını tanıyan və onların qeyd-şərtsiz azad edilməsini müəyyən edən 4 qətnaməsinin olmasına baxmayaraq Ermənistan tərəfi işğal etdiyi torpaqları geri qaytarmayıb. Azərbaycan həmişə olduğu kimi bu gün də sülhün tərəfdarıdır".

Kamran Əliyev qeyd edib ki, bu il avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanması məhz bunun bariz nümunəsidir:

"Bu sənəd təkcə iki dövlət arasında münasibətlərin yeni səhifəsi deyil, həm də Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin, habelə iqtisadiyyatın daha da inkişaf etdirilməsinin təmin olunması baxımından tarixi dönüş nöqtəsidir. Eyni zamanda bu sənəd Azərbaycanın suverenliyinin dünya miqyasında tanınmasıdır".

Tədbirdə çəxəş edən Keniyanın Baş prokuroru Renson İngonga vuruğulayıb ki, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş bu Konstitusiya Azərbaycanın suverenliyinin, birliyinin və hüququn aliliyi əsasında demokratik dövlət qurmaq əzm və iradəsinin canlı ifadəsidir:

"O, bərabərlik, insan ləyaqəti və sosial ədalət prinsiplərini təsbit edir və bununla da hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edildiyi möhkəm bünövrə yaradır. Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən biri dövlət hakimiyyətinin mənbəyi kimi xalqı tanımasıdır".

Tanzaniyanın Baş prokuroru Silvester Antoni Mvakitalu tədbirdə çıxışı zamanı bildirib ki, Azərbaycan və Tanzaniyanın prokurorluq orqanları arasında Anlaşma Memorandumu imzalanacaq.

***

10:28

Bakıda Baş Prokurorluğun təşkilatçılığı ilə "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda dəyirmi masa formatında beynəlxalq konfrans. keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, tədbir "Konstitusiya və Suverenlik İli" çərçivəsində, həmçinin Azərbaycan Prokurorluğunun peşə bayramı və 107 illik yubileyi ərəfəsində baş tutur.

Qeyd edək ki, konfransda Uqanda, Laos, Tanzaniya, Keniya Baş prokurorları və Türkiyə Baş Prokurorluğunun nümayəndələri iştirak edirlər.


SON XƏBƏRLƏR

21 Sentyabr 2025