• Bakı 16° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Şimali Koreyanın XİN naziri Rusiya-Çin əməkdaşlığına toxunub

SİYASƏT

22 Oktyabr 2025 | 11:36

Şimali Koreyanın XİN naziri Rusiya-Çin əməkdaşlığına toxunub

Yaponiyanın yeni xarici işlər naziri Toşimitsu Moteqi təyinatından sonra keçirdiyi ilk mətbuat konfransında Şimali Koreyanın Rusiya və Çinlə əməkdaşlığına toxunub. 

Bakıvaxtı.az "Yonhap"a istinadən xəbər verir ki, o, aponiya ətrafındakı regionda və bütün dünyada təhlükəsizlik vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini vurğulayıb.

"Şimali Koreyanın Rusiya və Çinlə əməkdaşlığı gücləndirməsi narahatlıq doğurur" - deyə nazir bildirib.

O, həmçinin Rusiyanın Ukraynadakı hərəkətlərini və Şimali Koreyanın raket və nüvə proqramlarının inkişafını pisləyib, Yaxın Şərqdəki vəziyyətdən narahatlığını vurğulayıb

Yaponiyanın yeni xarici işlər naziri beynəlxalq ictimaiyyətin Yaponiyanın diplomatik fəaliyyətinə böyük ümid bəslədiyinə əminliyini ifadə edərək, bu istiqamətdə səyləri artıracağını vəd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

21 Oktyabr 2025