• Bakı 16° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Moskvadan qərar verilib ki, Paşinyanı... - AÇIQLAMA

SİYASƏT

22 Oktyabr 2025 | 11:12

Moskvadan qərar verilib ki, Paşinyanı... - AÇIQLAMA

"Moskvadan qərar verilib ki, bütün qüvvələri səfərbər edib, Ermənistanın Baş naziri Nikol Paşinyanı seçkidən qabaq devirmək lazımdır".

Bu barədə deputat Rasim Musabəyov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Deputata görə, çünki Rusiya hökuməti çox gözəl anlayır ki, seçkidə Paşinyan hökuməti müxalifətə qalib gələcək:

"Ermənistanın ənənəsi ondan ibarətdir ki, əvvəlcə hakimiyyəti ələ keçirirlər, sonra öz istəyinə uyğun seçkilər təyin etməklə hakimiyyətə legitimlik donu geyindirməkdir. Seçki öncəsi müxalifətin, Kilsənin, revanşistlərin Paşinyana qarşı birləşməsi, həmrəy olması bununla bağlıdır”.

Müsahibimiz qeyd edib ki, həbsdə olan milyarder Samvel Karapetyanın qardaşı oğlu Karen Karapetyan partiya yaratmağa hazırlaşır. Məqsəd yeni partiya ilə seçkilərdə qalib olmaqdır:

“Kilsə də fəallaşıb. Məsələ ondadır ki, Kilsənin fəaliyyətini məhdudlaşdırmaq çətindir. Baxmayaraq ki, Kilsənin başında duran II Qareginə qarşı kampaniya aparılır, ancaq Kilsə Paşinyana qarşı olan güclərin nəzarətindədir və hökumətə qarşı fəaliyyətini davam etdirir”.

Rasim Musabəyov: Paşinyan geri dursa, rəqibləri hakimiyyəti ələ alsa...

 “Hər bir halda Paşinyanın da geri çəkilmək niyyəti yoxdur. Çünki anlayır ki, geri dursa, rəqibləri hakimiyyəti ələ alsa, o, siyasi fəaliyyət barədə yox, öz canını qurtarmaq, salamat qalmaq barədə düşünəcək", - deyə Rasim Musabəyov əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

21 Oktyabr 2025