• Bakı 16° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Kamran Əliyev Braziliyaya gedib

SİYASƏT

22 Oktyabr 2025 | 11:12

Kamran Əliyev Braziliyaya gedib

Braziliyanın Belem şəhərində təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə 30-cu Tərəflər Konfransı - COP30 çərçivəsində "Prokurorluq orqanlarının iqlim idarəçiliyində rolu" mövzusunda plenar iclas keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti həmin tədbirdə iştirak məqsədilə Braziliyaya səfər edib.

Baş prokuror plenar iclasda çıxış edəcək, iqlim idarəçiliyində hüquq-mühafizə orqanlarının rolu və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda fikirlərini bölüşəcək.

Xatırladaq ki, ötən ilin noyabrında Bakıda keçirilmiş COP29 çərçivəsində ilk dəfə Azərbaycan Baş Prokurorluğunun təşəbbüsü ilə Azərbaycan Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ) tərəfindən və Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin həmsədrliyi ilə Mavi zonada "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiya təşkil olunmuşdu.

COP30 çərçivəsində keçirilən hazırkı sessiya, Bakıda keçirilmiş həmin tədbirin məntiqi davamı xarakteri daşıyır.


SON XƏBƏRLƏR

21 Oktyabr 2025