• Bakı 19° C

    9.63 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Tovuz sakini döyülərək öldürüldü

HADİSƏ

22 Sentyabr 2025 | 01:01

Tovuz sakini döyülərək öldürüldü

Sentyabrın 18-də Tovuz rayonunun Əyyublu kəndində 1961-ci il təvəllüdlü Elxan Kərim oğlu Məmmədovun meyiti tapılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun kənd sakini, əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Yaşar Musa oğlu Qasımov tərəfindən döyülərək qəsdən öldürüldüyü müəyyən edilib.

Şübhəli şəxs Y.Qasımov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

21 Sentyabr 2025