• Bakı 19° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

117 restoranda nöqsanlar aşkarlanıb – FOTOLAR

CƏMİYYƏT

22 Sentyabr 2025 | 17:39 | Müəllif: Gülşən Şərif

117 restoranda nöqsanlar aşkarlanıb – FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qazax-Tovuz regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 117 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 7 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən 4-ü tam sağlamlaşdırılaraq, yəni obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 3-də isə müvafiq tədbirlər görülməkdədir.


117 restoranda nöqsanlar aşkarlanıb – FOTOLAR117 restoranda nöqsanlar aşkarlanıb – FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026