• Bakı 19° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Armen Qriqoryan Hindistana səfərə dəvət olunub

DÜNYA

22 Sentyabr 2025 | 16:34

Armen Qriqoryan Hindistana səfərə dəvət olunub

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistan baş naziri Narendra Modinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval ilə telefon danışığı aparıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının aparatından bildirilib.

Məlumatda qeyd olunur ki, onlar Ermənistan-Hindistan ikitərəfli münasibətlərinin gündəliyini müzakirə edib, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində çoxprofilli əməkdaşlıq məsələlərinə toxunublar.

Tərəflər əldə edilmiş razılaşmaların və sülh müqaviləsinin paraflanmasının regionda sülhün təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Doval Təhlükəsizlik Şurasının katibini Hindistana səfərə dəvət edib.


SON XƏBƏRLƏR