• Bakı 6° C

    8.96 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Baş nazirin müavini İrana GETDİ

SİYASƏT

22 Sentyabr 2025 | 16:46 | Müəllif: Gülşən Şərif

Baş nazirin müavini İrana GETDİ

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və onu müşayiət edən nümayəndə heyəti Tİrana gedib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Qonaqları Tehranın Mehrabad hava limanında İranın Yol və Şəhərsalma nazirinin müavini, eyni zamanda Nəqliyyat İnfrastrukturunun İnşaatı və İnkişafı Şirkətinin direktoru Huşəng Bazvəndin qarşıladığı bildirilib.

Səfər çərçivəsində Şahin Mustafayev İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının növbəti iclasında iştirak edəcək. O, habelə, İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq və digər yüksək vəzifəli rəsmilərlə ikitərəfli görüşlər keçirəcək.

Üçgünlük səfər proqramına Culfa-Kəlalə dəmir yolu xətti, Kəlalə-Ağbənd körpüsü və Şəhid Rəcayi limanına texniki baxış da daxildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026