Rusiyanın Krasnodar diyarında Krasnodar–Starominskaya marşrutu üzrə hərəkət edən qatarda yanğın olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS agentliyi Şimali Qafqaz Dəmir Yollarının mətbuat xidmətinə istinadla məlumat yayıb.
Məlumata görə, Şimali Qafqaz Dəmir Yollarının Derevyankovka və Albashi stansiyaları arasında hərəkət edən №6702 saylı Krasnodar–Starominskaya elektrik qatarının iki vaqonunda yanğın baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qatarın 56 sərnişini təhlükəsiz şəkildə vaqonlardan təxliyə edilib.
Yanğının səbəbi hələlik açıqlanmayıb.
Mina Mikayılova