• Bakı 16° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.0885

Türkiyə hərbçilərinin Qəzzada yerləşdirilməsi ehtimalından danışdı

DÜNYA

22 Oktyabr 2025 | 16:28

Türkiyə hərbçilərinin Qəzzada yerləşdirilməsi ehtimalından danışdı

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ vitse-prezdenti Ceyms Devid Vens Qəzzanın idarəçiliyi mövzusunda fikir mübadiləsi aparıb.

Bakıvaxtı.az İsrail mətbuatına istinadən xəbər verir ki, Netanyahu bu məsələdə “çox yaxşı ideyalar”ın olduğunu deyib.

    “Biz Qəzzanı kimin idarə edəcəyini, təhlükəsizliyi kimin təmin edəcəyini müzakirə etdik və bəzi çox yaxşı ideyalar var. Bu, asan olmayacaq, amma düşünürəm ki, mümkündür”, - Netanyahu bildirib.

    Türkiyə hərbi birləşmələrinin Qəzzada yerləşdirilmə ehtimalı haqqında suala cavab verən Netanyahu İsrailin bu mövzuda tək qərar verməyəcəyini bəyan edib .

    “Mənim bu məsələdə çox qətiyyətli fikirlərim var”, - Netanyahu vurğulayıb.

    ABŞ vitse-prezidenti Qəzzadakı sülh razılaşmasının düzgün şəkildə icra olunacağı təqdirdə, dünyadakı bütün sülh razılaşmaları üçün bir model olacağını vurğulayıb.


    SON XƏBƏRLƏR