• Bakı 19° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Paşinyan NATO rəsmisi ilə sülhü müzakirə etdi

DÜNYA

22 Sentyabr 2025 | 17:56

Paşinyan NATO rəsmisi ilə sülhü müzakirə etdi

Ermənistanın baş nazirİ Nikol Paşinyan NATO Parlament Assambleyasının prezidenti Markos Perestellonu qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, Paşinyan İrəvanda NATO Parlament Assambleyasının 108-ci "Rose-Roth" Seminarının keçirilməsini alqışlayıb və NATO ilə əlaqələrin, o cümlədən sülhməramlı missiyalarda və demokratik təsisatların gücləndirilməsinə yönəlmiş proqramlarda iştirakın vacibliyini vurğulayıb.

Markos Perestrello NATO Parlament Assambleyası çərçivəsində erməni tərəfdaşlarla qarşılıqlı fəaliyyətə toxunub.

Regionda sülhün və sabitliyin təmin edilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.  


SON XƏBƏRLƏR