• Bakı 21° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Azərbaycanda atalar da ödənişli məzuniyyətə çıxa biləcək

CƏMİYYƏT

23 Sentyabr 2025 | 11:06

Azərbaycanda atalar da ödənişli məzuniyyətə çıxa biləcək

Azərbaycanda ödənişli atalıq məzuniyyətini nəzərdə tutan qanun layihəsi hazırlanır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumat verib.

O, BMT-nin Nyu-York şəhərindəki mənzil-qərargahında keçirilən Qadınlara dair Dördüncü Dünya Konfransının otuzuncu ildönümünə həsr olunmuş Yüksək Səviyyəli İclasda çıxışı zamanı bildirib ki, ölkədə qadın əməyinin qadağan olunduğu sahələrin sayı minimuma endirilib, məişət zorakılığı, uşaq evlilikləri və qohum nikahlarını tənzimləyən qanunvericilik bazası təkmilləşdirilib, nikah yaşı ilə bağlı istisnalar ləğv edilib.

Komitə sədri vurğulayıb ki, bütün bunlar həm qadınların hüquqlarının qorunmasına, həm də ailə və cəmiyyət arasında bağların möhkəmlənməsinə xidmət edir.


SON XƏBƏRLƏR

22 Sentyabr 2025