• Bakı 22° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Pezeşkian Şahin Mustafayevi qəbul etdi - FOTO - YENİLƏNİB 

SİYASƏT

23 Sentyabr 2025 | 10:38 | Müəllif: Subhan Mahmudov

Pezeşkian Şahin Mustafayevi qəbul etdi - FOTO - YENİLƏNİB

 

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İranda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlər Kabinetindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Baş nazirinin müavini İran Prezidentinə Prezident İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb.

    Görüşdə hər iki ölkə rəhbərlərinin iradəsi və diqqəti ilə Azərbaycan-İran əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.

    Möhkəm təməllər üzərində qurulmuş ölkələrarası faydalı əməkdaşlığın daha da genişləndirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin əhəmmiyyəti vurğulanıb.

    İran Prezidenti Məsud Pezeşkian səmimi salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

    Eyni zamanda, İranda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani ilə görüşüb. Baş nazirin müavini Şahin Mustafayev Ali Şuranın yeni katibini təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

    Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin, o cümlədən Azərbaycanla İran arasında həyata keçirilən Araz dəhlizinin, eləcə də digər müştərək layihələrin əhəmiyyəti vurğulanıb.

    ***

    22 sentyabr, 23:12

    İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb.

    Görüş Tehranda keçirilib.


    Pezeşkian Şahin Mustafayevi qəbul etdi - FOTO - YENİLƏNİBPezeşkian Şahin Mustafayevi qəbul etdi - FOTO - YENİLƏNİB
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Sentyabr 2026