• Bakı 27° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

CAR Prezidenti Fransa, Finlandiya və Ukrayna liderləri ilə telefonla danışıb

SİYASƏT

24 Avqust 2025 | 00:43

CAR Prezidenti Fransa, Finlandiya və Ukrayna liderləri ilə telefonla danışıb

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb və Ukrayna lideri Volodimir Zelenski ilə telefonla danışıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CAR Prezident Administrasiyası məlumat yayıb.

Müzakirələr zamanı liderlər CAR-in Rusiya-Ukrayna münaqişəsinin həllindəki mövqeyini yüksək qiymətləndiriblər.

Həmçinin qeyd edilir ki, Ramafoza Rusiya, Ukrayna və ABŞ liderləri arasında ikitərəfli və üçtərəfli görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.

“Ramafoza bütün tərəfləri bu məqamdan istifadə etməyə və Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün göstərilən səyləri qorumağa çağırır”, - məlumatda deyilir.

Məlumata görə, yaxın günlərdə və həftələrdə digər Avropa liderləri ilə əlavə danışıqlar aparılacaq.


SON XƏBƏRLƏR

23 Avqust 2025