Sabirabadda kanalda boğulan gəncin meyiti sudan çıxarılıb.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, rayonun Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Musayev Səfərağa Elşən oğlunun meyiti dalğıc-xilasedicilər tərəfindən kanalda aşkarlanaraq çıxarılıb və aidiyyati üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
25.07.2025, 14:55
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sabirabad rayonu, Qaragüney kəndində 1 nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub.
Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
















