• Bakı 27° C

    13.01 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

Altı ay əvvəl avtoqəzada xəsarət alan yeniyetmə ölüb

HADİSƏ

25 Avqust 2025 | 14:34

Altı ay əvvəl avtoqəzada xəsarət alan yeniyetmə ölüb

Biləsuvar rayonunda bu il martın 1-də avtomobil qəzasına düşən yeniyetmə vəfat edib.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir, o, müalicə aldığı xəstəxanada bu gün həyatını itirib.

Qeyd edək ki, hadisə martın 1-də Biləsuvar- Bəhramtəpə avtomobil yolunun rayonun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınmışdı.

2008-ci il təvəllüdlü E.Muradlı atasına məxsus olan "Niva" markalı avtomobili idarə edərkən idarəertməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıqlandırma dirəyinə çırpıldıqdan sonra aşıb.

Hadisə nəticəsində sürücü və sərnişin, 2011-ci il təvəllüdlü Tunar Əlizadə xəsarət alaraq rayon xəstəxanasına çatdırılıb.

Yaralılara zəruri ilkin tibbi yardım göstərilib və sürücünün xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Lakin qapallı kəllə-beyin travması alan T.Əlizadə daha sonra ixtisaslaşmış xəstaxanalardan birinə yola salınaraq müalicəsini orada davam etdirirdi.


SON XƏBƏRLƏR