• Bakı 21° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.03

Zərdabda narkotik əməliyyatı - 2 nəfər həbs edildi

HADİSƏ

24 Sentyabr 2025 | 10:32

Zərdabda narkotik əməliyyatı - 2 nəfər həbs edildi

Zərdabda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil Qoşaoba kənd sakini Ceyhun Əliyev saxlanılıb.

Ondan 3 kiloqram 500 qram marixuana aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər bir əməliyyat zamanı rayon sakini Salik Abdullayev də saxlanılıb. Adıçəkilən şəxsdən də satış məqsədilə qablaşdırılmış marixuana götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR

23 Sentyabr 2025