• Bakı 18° C

    2.02 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Sabunçuda 11 kq narkotik aşkarlanıb

HADİSƏ

24 Oktyabr 2025 | 10:18

Sabunçuda 11 kq narkotik aşkarlanıb

Polis Sabunçuda əməliyyat keçirib, xeyli narkotik aşkarlanıb.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər. Əməliyyat zamanı narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 32 yaşlı Ağamir Mirələmzadə saxlanılıb.

    Ondan 11 kiloqramdan artıq tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanaraq götürülüb.

    Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara pul müqabilində çatdıracağını bildirib.

    Faktla bağlı başlanan cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.

    Qeyd edilib ki, Sabunçu rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı 95 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.


    SON XƏBƏRLƏR

    23 Oktyabr 2025