• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Salyanda minik avtomobili YANDI - VİDEO

HADİSƏ

24 Oktyabr 2025 | 08:58 | Müəllif: Qalib İbrahimoğlu

Salyanda minik avtomobili YANDI - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Salyan şəhəri, B.Talıblı küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az bu barədə FHN-ə istinadla xəbər verir.

Bildirilir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026