• Bakı 11° C

    1.85 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Gədəbəydə mikroavtobusla avtomobil toqquşub - 15 nəfər... - YENİLƏNİB

HADİSƏ

24 Sentyabr 2025 | 12:20

Gədəbəydə mikroavtobusla avtomobil toqquşub - 15 nəfər... - YENİLƏNİB

Gədəbəydə baş verən yol qəzasında 15 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunda qeydə alınıb.

    Xəsarət alanlar - M.Babayeva, İ.Məcidili, X.Əliyeva, N.Baxışəliyeva, İ.Məmmədova, U.Tağıyeva, İ.Babayeva, T.İsgəndərova, Ə.Məcidli, S,Kazımova, E.Vəliyeva və V.Bayramova, L. Məmmədova, E. Ələkbərovaya tibbi yadıma edilib. Onlar Şəmkir və Gəncədə yerləşən xəstəxanalara təxliyə edilib.

    ***

    09:24

    Gədəbəy rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların sayı artıb.

    Bakıvaxtı.az xəbər verir ki, rayonun Maarif kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 20-yə yaxın sərnişin xəsarət alıb.

    Zərərçəkənlər Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Xatırladaq ki, Gəncədən Gədəbəyə hərəkət edən mikroavtobusla minik avtomobilinin toqquşmasından sonra mikroavtobus idarəetmədən çıxaraq aşıb.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    09 Noyabr 2025