• Bakı 25° C

    12.79 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

 Azərbaycanda Şri-Lanka vətəndaşına hökm oxunub

HADİSƏ

25 Avqust 2025 | 16:15

 Azərbaycanda Şri-Lanka vətəndaşına hökm oxunub

Küveytdən Malaziya pasportu ilə Azərbaycana gələn Şri-Lanka vətəndaşı Savuthararajan Kasvithanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Kasvithan 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs cəzasını çəkdikdən sonra Azərbaycandan deportasiya ediləcək.

Qeyd edək ki, bu il may ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında Küveyt-Bakı reysi ilə Azərbaycana gələn Malayziya vətəndaşı Satyaselan Vijiyanın sənədlərinə baxış zamanı pasportun özgəsinə məxsus olması şübhə doğurduğundan sərhədçilər tərəfindən saxlanılıb.

Məlumata görə, araşdırma zamanı saxlanılan şəxsin Şri-Lanka vətəndaşı – 1994-cü il təvəllüdlü Savuthararajan Kasvithan olduğu müəyyən edilib.


SON XƏBƏRLƏR