• Bakı 25° C

    11.65 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

İnformasiya və rabitə işçilərinin orta aylıq əmək haqqı artıb

İQTİSADİYYAT

25 Avqust 2025 | 18:35

İnformasiya və rabitə işçilərinin orta aylıq əmək haqqı artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda informasiya və rabitə sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqı 1 905,9 manat təşkil edib.

Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4% çoxdur.

İlin ilk rübündə nəşriyyat fəaliyyəti sahəsində orta aylıq əmək haqqı 862,6 manat (illik 13,8%+), kinofilmlərin, video və televiziya proqramlarının istehsalı, səsyazma və musiqi nəşrləri ilə əlaqədar fəaliyyət sahəsində 1 178,3 manat (illik 10,2%+), proqramların tərtib edilməsi, radio və televerilişlərin translyasiya edilməsi ilə əlaqədar fəaliyyət sahəsində 1 206,1 manat (illik 10%+), rabitə sahəsində 2 262,8 manat (illik 10,6%+), proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər və bununla əlaqədar fəaliyyət sahəsində 2 124,3 manat (illik 7,8%+), informasiya xidmətləri fəaliyyəti sahəsində 1 891,7 manat (illik 8,7%+) təşkil edib.


SON XƏBƏRLƏR