• Bakı 20° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.03

Japarov: Qırğızıstan Rusiya ilə iqtisadi əməkdaşlıqdan imtina edə bilməz

İQTİSADİYYAT

24 Sentyabr 2025 | 12:34

Japarov: Qırğızıstan Rusiya ilə iqtisadi əməkdaşlıqdan imtina edə bilməz

Qırğızıstan sanksiyalar təhlükəsinə baxmayaraq, Rusiya ilə iqtisadi əməkdaşlıqdan imtina edə bilməz. 

Bakıvaxtı.az "The Economist"ə istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxış edən Qırğızıstan prezidenti Sadır Japarov deyib.

O, bildirib ki, Qərb dövlətləri də Rusiya Federasiyası ilə fəal ticarət aparırlar.

"Qərb Rusiya ilə əməkdaşlıq etməməyimizi tələb edir. Lakn Qərb ölkələri Rusiya ilə ticari-iqtisadi əlaqələrini fəal şəkildə inkişaf etdirir. Bizim Rusiya ilə Qərb ölkələrindən daha çox iqtisadi əlaqələrimiz var. Ona görə də biz Rusiya ilə iqtisadi əməkdaşlıqdan imtina edə bilmərik", - Japarov vurğulayıb.

Onun sözlərinə görə, 2024-cü ildə Avropa İttifaqı ölkələri Rusiya ilə 141 milyard dollar ticarət aparıb ki, bunun da 36 milyard dolları Rusiyadan idxalın payına düşüb:

"Bbəziləri öz maraqlarını müdafiə edərək, digərlərinə isə qadağan etməklə Rusiya ilə əməkdaşlıq etmək imkanını saxlayır". 

Gülşən Şərif


SON XƏBƏRLƏR

23 Sentyabr 2025