• Bakı 11° C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Türkiyə Azərbaycan və daha iki ölkə ilə Avropaya enerji ixracı barədə razılığa gəlib

İQTİSADİYYAT

23 Sentyabr 2025 | 22:22

Türkiyə Azərbaycan və daha iki ölkə ilə Avropaya enerji ixracı barədə razılığa gəlib

Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan xətti vasitəsilə Günəş və külək enerjisi kimi bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin Avropaya ixracı planlaşdırılır.

Bakıvaxtı.az  "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ABŞ-də yerli iş adamları ilə görüşündə deyib.

"Biz Azərbaycan, Gürcüstan və Bolqarıstanla yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti ilə bağlı mühüm razılaşma əldə etmişik. Biz həm şərqdə, həm də qərbdə təbii qaz tutumunu artırmışıq. Bolqarıstan və Yunanıstanla əlaqələr vasitəsilə biz Cənub-Şərqi Avropa ölkələrinin enerji təchizatı təhlükəsizliyinə mühüm töhfələr vermişik. Hazırladığımız layihələrlə 2025-ci ildə Suriya və Naxçıvana qaz tədarük etməyə başladıq. Biz enerji sahəsində mərkəzi ölkə olmaq məqsədi ilə fəaliyyət göstəririk", - o bildirib./Report


SON XƏBƏRLƏR

08 Noyabr 2025