Ukrayna hərbçiləri bir ay ərzində 360 kvadratkilometr ərazini Rusiya ordusundan azad edə bilib. Rus hərbçiləri də mühasirəyə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşü zamanı məlumat verib.
“Əsgərlərimiz bu ay 360 kvadratkilometr ərazini işğaldan azad edib və 1000 əsgəri mühasirəyə alıb”, - deyə Zelenski vurğulayıb.
O əlavə edib ki, ukraynalı hərbçilər Rusiya müharibəni bitirənə qədər əməliyyatlarını davam etdirəcək.