Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb.
Bu barədə Bakıvaxtı.az yerli mətbuata istinadən xəbər verir.
Görüş Cənubi Qafqazda baş verən proseslərə həsr olunub. A.Mirzoyan son hadisələri və Ermənistanın Azərbaycanla sülh şəraitində regionun inkişafı ilə bağlı baxışını, o cümlədən mühüm kommunikasiya qovşağı kimi potensialını ən yaxşı şəkildə necə reallaşdıracağını təqdim edib.
Tərəflər Ermənistan və Fransa arasında tərəfdaşlığı da müzakirə ediblər.