• Bakı 16° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

“Tramp yolu”ətrafında böyük oyun: İrəvan Vaşinqtonla Moskva arasında  manevr edir

SİYASƏT

23 Oktyabr 2025 | 15:33

“Tramp yolu”ətrafında böyük oyun: İrəvan Vaşinqtonla Moskva arasında  manevr edir

"Ermənistan tərəfi "TRİPP" layihəsiylə bağlı ABŞ ilə danışıqları davam etdirir. Azərbaycan bu məsələdə iştirak etmir və İrəvanla Vaşinqtonun danışıqlarda hansı nəticəyə gələcəyi də bəlli deyil".

Bunu Bakıvaxtı.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Keçmiş XİN rəhbəri qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfərindən sonra erməni rəsmilərin ritorikası nisbətən dəyişib. Onun söpzlərinə gprə, həm Zəngəzur dəhlizinə, həm də Konstitusiya dəyişikliyinə dair müxtəlif, bəzən ziddiyyətli fikirlər səsləndirilir. Ermənistan hökuməti hələ də xüsusi taktika ilə hərəkət edir:

“Bu taktika ondan ibarətdir ki, Donald Trampın təşəbbüsünə "yox" demək istəməyən və Moskvanın qəzəbindən ehtiyatlanan Nikol Paşinyan hansısa manevrlər edir ki, prosesi nisbətən ləngitsin və bunun günahını Azərbaycan tərəfinin üzərinə atsın. Məqsəd odur ki, seçki öncəsi dövrdə Moskvanın dəstəyini ala bilsin. Yəni Paşinyan Rusiyaya xoş gəlmək üçün Trampın təşəbbüsünə müəyyən əngəllər yaratmağa çalışır”.

Zülfüqarov bildirib ki, rəsmilərin ümumi bəyanatına baxdıqda bunu görmək olar. Zəngəzur dəhlizi, o cümlədən Konstitusiya barədə yeni notlar eşidirik, təzə şərhlər verirlər. Dediyinə görə, hətta bəzi rəsmilər Bakıda mühakimə olunan cinayətkarlara, separatçılara "hərbi əsirlər" deyirlər:

“Başa düşməliyik ki, Ermənistan hökumətinin taktikası vaxtı uzatmağa hesablanıb. Azərbaycan tərəfinin şərtləri hamıya bəllidir - təhlükəsizliyin təmin olunması və maneəsiz gediş-gəliş. Bu, bir növ Azərbaycanın veto hüququna malik olmasını göstərir. Prosesləri diqqətlə izləmələli və vaxtında cavab verməyə hazır olmalıyıq".

Tofiq Zülfüqarov: Paşinyan Rusiyaya xoş gəlmək üçün Trampın təşəbbüsünə müəyyən əngəllər yaratmağa çalışır

Həmsöhbətimiz vurğulayıb ki, "Tramp layihəsi"nin həyata keçirilməsindən danışılsa da, rus sərhədçiləri hələ də həmin bölgədədir, onlar çıxmayıblar:

"Üstəlik, ora ABŞ hərbçiləri də gətiriləcək. Ermənistanın Baş naziri suverenlikdən danışır, amma bunlar ziddiyyətli məsələlərdir. Bir-birinə tamamilə zidd olan geopolitik maraqlar toqquşa bilər. Ermənistan seçim etməlidir. Məhz bu seçimi etməmək üçün bəhanələr gətirirlər. Vaşinqton görüşündən sonra ən çox sual doğuran məqam rus sərhədçilərinin aqibəti ilə bağlı idi. Layihəyə nəzarət edən şirkət hansı ölkənin tabeliyində olacaq? Ermənistanın, ABŞ-nin, yoxsa Rusiyanın? Rus sərhədçilər də ABŞ şirkətinin tabeliyində fəaliyyət göstərəcək? Bu suallara cavab yoxdur”.

Tofiq Zülfüqarov qeyd edib ki, üstəlik, bölgədə Avropa İttifaqının missiyası da fəaliyyət göstərir:

“Bunların arasında münasibətlər hansı formada qurulacaq? Ermənistan tərəfi bu məsələlərə rəsmi açıqlama, izahat gətirməlidir. Paşinyan hökuməti bütün kürsülərdə özlərinin "sülhvərvərliyindən" danışırlar. Belə görünür ki, İrəvanı dəhlizin açılması o qədər də maraqlandırmır".

Aydın Baxış


SON XƏBƏRLƏR