• Bakı 16° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Mirzoyan Fransa XİN rəhbəri ilə Vaşinqton razılaşmasını müzakirə etdi

SİYASƏT

23 Oktyabr 2025 | 15:49

Mirzoyan Fransa XİN rəhbəri ilə Vaşinqton razılaşmasını müzakirə etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parisdə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə görüşüb.

Bakıvaxtı.az Ermənistan XİN-ə istinadən xəbər verir ki, nazirlər Ermənistan və Fransa arasında əməkdaşlıq gündəliyini müzakirə ediblər.

    Strateji xarakterli münasibətlərin daha da dərinləşdirilməsi, eləcə də Ermənistan-Aİ tərəfdaşlığının genişləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

    XİN rəhbərləri çoxtərəfli platformalarda və formatlarda effektiv qarşılıqlı əlaqəni təmin edən təşəbbüsləri də müzakirə ediblər.

    Ararat Mirzoyan və Jan-Noel Baron regional reallıqlara, o cümlədən Vaşinqtonda avqust ayında əldə edilmiş razılaşmaların həyata keçirilməsinə də toxunublar.


    SON XƏBƏRLƏR