• Bakı 16° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Süni intellekt sahəsinə 5 mln. manat vəsait ayrılacaq

CƏMİYYƏT

23 Oktyabr 2025 | 15:36

Süni intellekt sahəsinə 5 mln. manat vəsait ayrılacaq

“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın həyata keçirilməsi ilə bağlı xərclər üçün gələn ilin dövlət büdcəsindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5 milyon manat vəsait ayrılması proqnozlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

    Sənədə əsasən, gələn il "Azərbaycanın Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi ilə bağlı xərclər üçün 5,8 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.

    Eyni zamanda, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın həyata keçirilməsi ilə bağlı xərclər üçün 5,0 milyon manat vəsait yönəldiləcək.


    SON XƏBƏRLƏR