• Bakı 16° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Asiman Qocayevin məhkəməsi başlayıb

CƏMİYYƏT

23 Oktyabr 2025 | 17:35

Asiman Qocayevin məhkəməsi başlayıb

"QHT işi" üzrə ittiham olunan "Azərbaycan Gənclər Parlamenti" İctimai Birliyinin layihə rəhbəri Asiman Qocayevin məhkəməsi başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, "Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra cinayət işinin məhkəmə baxışa verilməsi barədə qərar qəbul olunub.

Məhkəmənin növbəti iclası noyabrın 6-na təyin olunub.

Qeyd edək ki, Asiman Qocayev Cinayət Məcəlləsinin 192.2.2-ci (Külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 213.1-ci (Vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.


SON XƏBƏRLƏR