• Bakı 16° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Gələn ilin AZTV, İTV və "Mir"ə ayrılan vəsatin həcmi AÇIQLANDI

İQTİSADİYYAT

23 Oktyabr 2025 | 16:18

Gələn ilin AZTV, İTV və Mirə ayrılan vəsatin həcmi AÇIQLANDI

Gələn ilin dövlət büdcəsindən media vasitələrinə, o cümlədən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin və “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinə ayrılan vəsaitin həcmi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, dövlət büdcəsində bu fəaliyyətin təmin olunması məqsədilə 64,8 milyon manat vəsait nəzərdə tutulub.

    Qeyd edək ki, bu, 2025-ci ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 0,5% azdır. 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən bu məqsədlə ümumilikdə 65,1 milyon manat vəsait ayrılıb.


    SON XƏBƏRLƏR