• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bağça müdirlərinin də diaqnostik qiymətləndirilməsi aparılacaq

CƏMİYYƏT

23 Oktyabr 2025 | 18:40 | Müəllif: Subhan Mahmudov

Bağça müdirlərinin də diaqnostik qiymətləndirilməsi aparılacaq

2025-ci ildə ilk dəfə olaraq dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan rəhbər heyətin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Qiymətləndirmənin məqsədi rəhbər heyətin təlim ehtiyaclarını müəyyən etmək, eləcə də nəticələr əsasında onların peşəkar inkişaf proqramlarına cəlb edilməsidir.

Bu barədə Bakıvaxtı.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Diaqnostik qiymətləndirmə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən xüsusi proqram təminatı vasitəsilə test imtahanı formasında keçiriləcək.

İştirakçılara ümumilikdə 60 sual təqdim olunacaq:

∙ “Pedaqoji liderlik” – 25 sual

∙ “İdarəetmə” – 15 sual

∙ “Rifah” – 10 sual

∙ “Pedaqoji etika və əməkdaşlıq” – 10 sual

İmtahanın müddəti 120 dəqiqədir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir və 0 bal hesab olunur. Qeyd edirik ki, diaqnostik qiymətləndirmənin nəticələri rəhbər heyətin əmək münasibətlərinə təsir etmir, yalnız inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi məqsədi daşıyır. Dövlət məktəbəqədər təhsil müəssisələrinin diaqnostik qiymətləndirilməsi 10 şəhərdə yerləşən 12 mərkəzdə, ümumilikdə 1413 nəfərin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026