• Bakı 16° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Gələn ildən Laçına müntəzəm uçuşlara başlanıla bilər

İQTİSADİYYAT

23 Oktyabr 2025 | 14:51

Gələn ildən Laçına müntəzəm uçuşlara başlanıla bilər

2026-cı ildə Laçın Beynəlxalq Hava Limanına müntəzəm reyslərin həyata keçirilməsinə başlanıla bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, gələn il "Azərbaycan Hava Yolları" QSC Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi reyslər, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin ödənilməsi, Füzuli və Laçın aeroportlarına təşkil edəcəyi reyslərə görə yaranacaq zərərin subsidiyalaşdırılması məqsədilə dövlət büdcəsindən 5,9 milyon manat vəsait alacaq.


SON XƏBƏRLƏR