• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Avropa İttifaqı Azərbaycanda “yaşıl keçid"ə dəstək verməyə hazırdır

İQTİSADİYYAT

23 Oktyabr 2025 | 19:04

Avropa İttifaqı Azərbaycanda “yaşıl keçidə dəstək verməyə hazırdır

Avropa İttifaqı, Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) tərəfindən icra olunan "EU4Energy" layihəsinin yeni mərhələsi çərçivəsində Azərbaycanın enerji sektorunda “yaşıl keçid"ə və islahatlara dəstəyi davam etdirməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə trend-ə CEER-in regional ofisinin rəhbəri Ester Sule açıqlama verib.

“Biz Avropa Enerji Tənzimləyiciləri Şurasını təmsil edirik və Avropa İttifaqı adından Azərbaycanda "EU4Energy" layihəsini həyata keçiririk. Biz həmçinin “Şərq Tərəfdaşlığı” ölkələrinin hamısına cavabdehik, lakin tədbirlərin birbaşa icrası məhz Azərbaycanda həyata keçirilir”, – deyə E.Sule bildirib.

Onun sözlərinə görə, layihənin cari mərhələsi 2025-ci il noyabrın 18-də başa çatacaq, lakin artıq onun davamı planlaşdırılır:

“Yeni mərhələdə biz Energetika Nazirliyi ilə birlikdə hansı istiqamətlərin və fəaliyyət növlərinin bizim dəstəyimizə ehtiyacı olduğunu müzakirə edəcəyik. Şübhəsiz ki, Avropa İttifaqı bu layihə vasitəsilə Azərbaycanın “yaşıl keçid"inə dəstək verməyə, Enerji Tənzimləyiciləri Şurası isə tənzimləyici institutların və qanunvericiliyin inkişafına töhfə verməyə hazırdır”, – o qeyd edib.

E.Sule əlavə edib ki, CEER və Avropa İttifaqı Azərbaycanın elektroenergetika sektorunda planlaşdırılan islahatlara dəstəyi davam etdirmək niyyətindədirlər, çünki Avropa ölkələri enerji bazarlarının liberallaşdırılması sahəsində artıq böyük təcrübəyə malikdirlər.

“Biz bu islahatları dəstəkləyəcəyik və Avropa təcrübəsini bölüşməyə hazırıq”, – deyə o vurğulayıb.


SON XƏBƏRLƏR