• Bakı 16° C

    5.47 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Noyabrda neçə gün iş olmayacaq?

CƏMİYYƏT

23 Oktyabr 2025 | 21:11

Noyabrda neçə gün iş olmayacaq?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2025-ci il istehsalat təqviminə əsasən noyabrda 12 gün qeyri-iş günü olacaq.

Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, 8 noyabr – Zəfər Günü şənbə gününə, 9 noyabr – Dövlət Bayrağı Günü isə bazar gününə təsadüf etdiyindən 10 və 11 noyabr tarixləri qeyri-iş günü olacaq.

Ümumilikdə, noyabr ayında şənbə və bazar günləri də daxil olmaqla aşağıdakı tarixlər qeyri-iş günləridir:

1, 2, 8, 9, 10, 11, 15, 16, 22, 23, 29 və 30 noyabr.

Beləliklə, noyabr ayında ümumilikdə 12 qeyri-iş günü olacaq.

Qeyd edək ki, Konstitusiya Günü (12 noyabr) və Milli Dirçəliş Günü (17 noyabr) isə iş günü olan bayram günləridir.


SON XƏBƏRLƏR

23 Oktyabr 2025