Ağ Ev hesab edir ki, şatdaun etsə, ABŞ-ni tətil günləri də daxil olmaqla aviareyslərin kütləvi yubanmları və ləğvini gözləyir.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Ağ Evin sözçüsü Kerolayn Livitt bildirib.
"Demokratlar şatdaunu uzatsalar, bizi ölkənin əsas hava limanlarında əhəmiyyətli uçuş gecikmələri və ləğvləri gözləyir", - o deyib.
Onun sözlərinə görə, narahatlıqlar xüsusilə ABŞ- də noyabrın sonunda qeyd olunan Şükranlıq gününün yaxınlaşması ilə əlaqədardır - bu zaman hava limanları xüsusən yüklənir.
Ağ Ev hesab edir ki, hökumətin işini dayandırması ABŞ-nin hava təhlükəsizliyini təhlükə altına qoyur.
Xatırladaq ki, oktyabrın 1-də saat 12:00-dan (Bakı vaxtı ilə saat 8:00) başlayaraq ABŞ-nin dövlət qurumları Konqres onların əməliyyatlarının maliyyələşdirilməsinin uzadılmasına dair qanun layihəsini razılaşdıra bilmədikdən sonra fəaliyyətini dayandırıb.