• Bakı 17° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Yunan-Roma güləşçilərimiz dünya çempionatında üçüncü oldular

İDMAN

24 Oktyabr 2025 | 00:05

Yunan-Roma güləşçilərimiz dünya çempionatında üçüncü oldular

Azərbaycanın yunan-Roma güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında üçüncü yeri tutublar.

Bakıvaxtı.az xəbər verir ki, 2 qızıl və 1 bürünc medal qazanan yığma 93 xalla komanda hesabında üçüncü olub.

Milli medalların əyarına görə tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Azərbaycan yalnız İran (143) və Ukraynadan (96) geri qalıb.

Qeyd edək ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında DÇ-yə qatılan heyətdə Elmir Əliyevlə (55 kq) Ziya Babaşov (63 kq) dünya çempionu olub. Ruslan Nurullayev (72 kq) isə üçüncü yeri tutub.


SON XƏBƏRLƏR

23 Oktyabr 2025