• Bakı 11° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Türkiyədə 149 hakim futboldan kənarlaşdırıldı

İDMAN

22 Noyabr 2025 | 21:51

Türkiyədə 149 hakim futboldan kənarlaşdırıldı

Türkiyə Futbol Federasiyasında (TFF) baş verən genişmiqyaslı mərc qalmaqalı ilə bağlı araşdırmalar nəticəsində 149 hakim futbol fəaliyyətindən diskvalifikasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, məsələ Peşəkar Futbol İntizam Şurasının (PFDK) gündəminə çıxarıldıqdan sonra müvafiq cəzalar tətbiq edilib.

Cəza alan hakimlərdən 67-si qərardan apellyasiya şikayəti versə də, TFF-nin Arbitraj Şurası müraciətləri araşdıraraq bütün cəzaları qüvvədə saxlayıb.

Digər 82 hakim isə PFDK qərarlarından şikayətçi olmayıb ki, bu da onların cəzalarının avtomatik olaraq qüvvədə qaldığı anlamına gəlir. Beləliklə, ümumilikdə 149 hakimin karyerası rəsmən başa çatıb.

Qeyd edək ki, TFF prezidenti İbrahim Hacıosmanoğlu daha əvvəl açıqlamasında 371 hakimin mərc hesabı olduğunu, onlardan 152-nin fəal şəkildə mərc oyunlarında iştirak etdiyini bildirmişdi. İstanbul Baş Prokurorluğu qalmaqaldan sonra istintaqın genişləndirildiyini açıqlayıb. Daha 3 hakimlə bağlı isə araşdırmalar davam edir.


SON XƏBƏRLƏR