• Bakı 20° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.03

19 ölkə ŞƏT-ə üzv olmaq üçün müraciət edib

SİYASƏT

24 Sentyabr 2025 | 12:23

19 ölkə ŞƏT-ə üzv olmaq üçün müraciət edib

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 19 ölkədən üzvlük və ya statusun dəyişdirilməsi ilə bağlı müraciətlərə baxır. Bu barədə 

Bakıvaxtı.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu ŞƏT-in baş katibi Nurlan Yermekbayev deyib.

Təşkilatın baş katibinin sözlərinə görə, bu müraciətlər təşkilatın yüksək cəlbediciliyini nümayiş etdirir:

"Hazırda 19 ölkədən statusun dəyişdirilməsi və ya üzv dövlət, tərəfdaş və ya müşahidəçi qismində təşkilata üzv olmaq üçün müraciətlər var. Bu, təşkilatın yüksək cəlbediciliyini və onun məqsəd və vəzifələrinin dünyanın bir çox ölkələrinin maraqları ilə uzlaşdığını nümayiş etdirir. ŞƏT icması artıq 27 dövlətdən ibarətdir".

Qeyd edək ki, avqustun 31-dən sentyabrın 1-dək Tyantszin şəhərində keçirilən ŞƏT-in sammitində 20-dən çox dövlətin lideri və 10 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edib. Sammitin yekunları üzrə 15 əməkdaşlıq sənədi imzalanıb. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

23 Sentyabr 2025