• Bakı 18° C

    2.02 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

MM bu Məhkəmələrə hakimlərin təyin olunmasını qəbul edib

SİYASƏT

24 Oktyabr 2025 | 12:01

MM bu Məhkəmələrə hakimlərin təyin olunmasını qəbul edib

Milli Məclis Bakı, Sumqayıt və Gəncə Apellyasiya Məhkəmələrinə hakimlərin təyin olunmasını qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı müvafiq sənəd parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

Layihəyə əsasən Bakı Apellyasiya Məhkəməsinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlu, Ağalarov Həmid Azər oğlu, Mədətli Fərid İlham oğlu, Sevdimalıyeva Günel Arif qızı, Qasımov Vidadi Kamal oğlu təyin edilib.

Gəncə Apellyasiya Məhkəməsinə isə Qəhrəmanov Əkrəm Sabir oğlu, Məmmədov Tural Nurulla oğlunun namizədliyi irəli sürülüb.

Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Adilxan oğlu Xəlilovun vəzifəsi dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.

Sənədlər müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.


SON XƏBƏRLƏR

23 Oktyabr 2025