• Bakı 18° C

    2.02 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Azərbaycan Sent Lusiyada təhsilin müasirləşdirilməsinə dəstək göstərib

SİYASƏT

24 Oktyabr 2025 | 12:06

Azərbaycan Sent Lusiyada təhsilin müasirləşdirilməsinə dəstək göstərib

Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə Sent Lusiyaya 100 ədəd noutbuk ianə olunub. Təqdimat mərasimi 23 oktyabr 2025-ci il tarixində Sent Lusiya Xarici İşlər Nazirliyində keçirilib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, tədbirdə Sent Lusiyanın təhsil naziri Şoun Edvard, xarici işlər nazirinin müavini Janel Modeste-Stefen və Azərbaycanın Kubadakı səfiri, CARICOM yanında səlahiyyətli nümayəndəsi Ruslan Rzayev iştirak edib.

Çıxışlarda Sent Lusiya rəsmiləri humanitar yardıma və ölkənin təhsil sisteminin inkişafına göstərilən dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildiriblər.

Səfir Ruslan Rzayev isə qeyd edib ki, Azərbaycan son illərdə inkişafa dəstək və humanitar yardım sahəsində fəaliyyətini genişləndirərək, Qoşulmama Hərəkatı və COP29-a sədrliyi dövründə 100-dən artıq ölkəyə yardım göstərib, bunlar arasında CARICOM-a üzv 12 dövlət də var.

Əli Hüseynov


SON XƏBƏRLƏR

23 Oktyabr 2025